Aldığınız məhsulda zavod qüsuru aşkarlanarsa və ya məhsul tam qutusunda, açılmamış və istifadə olunmamış vəziyyətdədirsə, qanunvericiliyə uyğun olaraq 14 gün ərzində geri qaytarma və ya dəyişdirmə tələb edə bilərsiniz. Xüsusi qeyd: Şəxsi qulluq və gigiyenik məhsullar kateqoriyasına aid olan mallar (məsələn: təraş aparatları, fenlər, diş fırçaları və s.) alındıqdan və istifadə olunduqdan sonra gigiyenik qaydalara görə qətiyyən geri qaytarılmır və ya dəyişdirilmir.
    Platformamızda satılan məhsullara əsasən istehsalçı zavod tərəfindən verilən rəsmi servis zəmanəti təqdim olunur. Hər hansı bir texniki problem yaranarsa, məhsul birbaşa həmin zavodun rəsmi servis mərkəzləri tərəfindən zəmanət şərtlərinə uyğun olaraq təmir edilir və ya xidmət göstərilir.
    Bakı daxili çatdırılma rəsmiləşdirildikdən sonra 24 saat ərzində həyata keçirilir. Regionlara çatdırılma müddəti isə məsafədən asılı olaraq 1-3 iş günü təşkil edir.
    Xeyr. Platformamız real ticarət dövriyyəsinə əsaslanır. Sizin linkinizlə sadəcə qeydiyyatdan keçən, lakin heç bir alış-veriş etməyən istifadəçilərə görə bonus hesablanmır. Bonusların formalaşması üçün linkinizlə keçid edən şəxslərin real məhsul sifarişi verməsi mütləqdir.
    Platformamızda toplanan bonuslar birbaşa nağd pul qazancı deyil, daxili loyallıq ballarıdır. Bu bonusları platformamızın müəyyən etdiyi xüsusi qaydalar və daxili konversiya şərtləri çərçivəsində ya mağazamızda yeni məhsul alış-verişi üçün istifadə edə, ya da təyin olunmuş çevirmə şərtləri ilə tərəfdaş kartlarına köçürə bilərsiniz. Bu konversiya prosesi tamamilə saytın daxili şərtlərinə uyğun tənzimlənir.
    Platformamızda qeydiyyatdan keçdikdən sonra sistem tərəfindən sizə özəl bir referal kod və link təqdim olunur. Siz bu şəxsi referal linkinizi sosial şəbəkələrdə və ya dostlarınızla paylaşa bilərsiniz. Kimlərsə sizin paylaşdığınız link vasitəsilə saytımıza daxil olub hər hansı bir məhsulu sifariş edərsə, həmin satışın dövriyyəsindən asılı olaraq sizə avtomatik olaraq daxili bonus balları (keşbek) hesablanır. Bonuslar 3 mərhələli (1-ci xətt üzrə 14%, 2-ci xətt üzrə 4%, 3-cü xətt üzrə 2%) şəffaf sistemlə paylanılır.
    Xeyr. Platformamızda qeydiyyatdan keçmək və şəxsi kabinet yaratmaq tamamilə pulsuzdur. Sizdən heç bir üzvlük və ya giriş haqqı tələb olunmur.